BMTM ilə Çin beyin mərkəzi arasında memorandum imzalanıb

BMTM ilə Çin beyin mərkəzi arasında memorandum imzalanıb
# 08 yanvar 2020 11:05 (UTC +04:00)

Çində səfərdə olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev nümayəndə heyəti ilə birlikdə Sian şəhərində “Bir Kəmər Bir Yol” Mədəniyyət Akademiyasının vitse-prezidenti və tədqiqatçıları ilə görüşüb.

Mərkəzdən APA-ya bildirilib ki, görüş zamanı mərkəz sədri müstəqillik əldə etdikdən sonra Azərbaycanın keçdiyi inkişaf yolu, qarşılaşdığı problemlər və əldə etdiyi nailiyyətlər barədə təqdimatla çıxış edib, Çin-Azərbaycan münasibətlərinin hazırkı durumu və inkişaf perspektivləri barədə danışıb.

Təqdimat ətrafında aparılan müzakirələrdən sonra iki beyin mərkəzi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR