Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçiriləcək - YENİLƏNİB

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçiriləcək - YENİLƏNİB
# 16 fevral 2021 17:35 (UTC +04:00)

Cari ilin 18 fevral tarixində Türkiyə Respublikasının xarici işlər naziri cənab Mövlüd Çavuşoğlunun, 19 fevral tarixində isə Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri cənab David Zalkalianinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub.

Bu barədə APA-ya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, bu ilin 19 fevral tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri David Zalkaliani və Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğlunun iştirakı ilə 9-cu üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

***

saat 17:26

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani fevralın 19-da Azərbaycana səfər edəcək.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, D. Zalkaliani fevralın 19-da Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Bakıya fevralın 18-i axşam saatlarında səfər edəcək. Türkiyəli nazirin rəsmi görüşləri fevralın 19-u həyata keçiriləcək və onun səfəri həmin gün başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR