Bakıda Pakistan Günü qeyd olunub - FOTO

Bakıda Pakistan Günü qeyd olunub - FOTO
# 23 mart 2021 11:32 (UTC +04:00)

Bu gün Pakistanın Azərbaycandakı səfirliyində Pakistan Günü münasibətilə bayraqqaldırma mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə dövlət himninin sədaları altında Pakistanın dövlət bayrağı qaldırılıb.

Mərasimdə Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee və Azərbaycanda yaşayan Pakistan vətəndaşları və digər şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən səfir Bilal Hayee ölkəsinin dövlətçilik tarixindən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR