Böyük Britaniya səfiri Dövlət Komitəsində olub

Böyük Britaniya səfiri Dövlət Komitəsində olub
  • Clock-gray 12:27
  • calendar-gray 05 Mart 2021

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpla görüşüb.

Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, görüşdə məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyevin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlər barədə britaniyalı diplomata ətraflı məlumat verilib. Qeyd edilib ki, bu kateqoriyadan olan vətəndaşlara Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir. 

Səfir Ceyms Şarp səmimi qəbula görə təşəkkürünü bildirib. O, regionda münaqişənin başa çatmasını və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışı üçün şəraitin yaranmasını yüksək qiymətləndirərək, ölkəsinin davamlı sülhə  dəstək imkanlarından bəhs edib.   

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

 

Günay Elşadqızı

Digər xəbərlər