Ceyhun Bayramov ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

Ceyhun Bayramov ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb
# 15 fevral 2021 21:22 (UTC +04:00)

Xarici İşlər naziri Ceyhun Bayramov fevralın 15-də ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer ilə görüşüb.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə ətraflı fikir mübadiləsi apararaq, Azərbaycan-ABŞ münasibətlərinin daha da irəlilədilməsi məsələsini müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR