Ceyhun Bayramov Ukraynaya başsağlığı verib
26 sentyabr 2020 14:13 (UTC +04:00)
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov təyyarə qəzası ilə bağlı Ukraynaya başsağlığı verib.
APA-nın xəbərinə görə, Ceyhun Bayramov bu barədə "Twitter"də paylaşım edib.
"Xarkovda faciəli hərbi təyyarə qəzası nəticəsində insan tələfatından dərindən kədərləndik. Həyatını itirənlərin ailələrinə başsağlığı veririk. Yaralıların tez bir zamanda sağalmasını diləyirik. Dəstək və həmrəyliyimiz Ukrayna hökuməti və xalqı ilədir", - deyə XİN başçısı bildirib.
Xatırladaq ki, dünən Xarov vilayətinin Çuquyev şəhəri yaxınlığında An-26 hərbi təyyarəsi qəzaya uğrayıb.
Qəzada 26 nəfər həlak olub.
Xarici siyasət
Ceyhun Bayramov İƏT-in Qida Təhlükəsizliyi üzrə baş direktoru ilə görüşüb
22:46
4 may 2024
Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətlər müzakirə olunub - FOTO
22:21
4 may 2024
İƏT-in XVI İslam Sammiti Azərbaycanda keçiriləcək
22:03
4 may 2024
Ceyhun Bayramov banqladeşli həmkarı ilə görüşüb - FOTO
21:59
4 may 2024