Elmar Məmmədyarov ATƏT XİN Şurasının görüşündə iştirak etmək üçün Bratislavaya yola düşüb

Elmar Məmmədyarov ATƏT XİN Şurasının görüşündə iştirak etmək üçün Bratislavaya yola düşüb
# 03 dekabr 2019 17:55 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyanın paytaxtı Bratislava şəhərinə yola düşüb.

XİN-dən APA-ya verilən məlumata görə, E. Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşündə iştirak edəcək.

Qeyd edək ki, dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş də olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR