Elmar Məmmədyarov Mövlud Çavuşoğlu ilə görüşüb - YENİLƏNİB

Elmar Məmmədyarov Mövlud Çavuşoğlu ilə görüşüb - YENİLƏNİB
  • Clock-gray 21:43
  • calendar-gray 23 Dekabr 2019

Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin Tbilisidə keçirilən üçtərəfli görüşü çərçivəsində nazir Elmar Məmmədyarovun türkiyəli həmkarı, nazir Mevlüd Çavuşoğlu ilə ikitərəfli görüşü başı tutub.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olundu. Nazirlər strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın regional və qlobal sabitlik və təhlükəsizliyin təşviqi baxımından vacibliyini qeyd ediblər.

Tərəflər hər iki ölkənin iştirakı ilə həyata keçirilən mühüm layihələr ətrafında fikir mübadiləsi apardılar və 30 noyabr tarixində Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən biri və Avropanın enerji təhlükəsizliyində mühüm amil olan TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin əhəmiyyətini qeyd etdilər. Eləcə də Azərbaycan, Gürcüstan və Türkiyənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Kars dəmir yolunun Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağını tərəflər xüsusilə vurğulayıblar.

Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı vəziyyət, habelə Yaxın Şərq bölgəsində cərəyan edən proseslər barəsində geniş müzakirələr aparıldı və hər iki ölkənin öz təhlükəsizliyinin təmin edilməsi üçün yeritdiyi siyasətin vacibliyi bildirilib.

Görüşdə Azərbaycan, Gürcüstan, Türkiyə üçtərəfli formatda və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

****

13:01

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, görüş Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının ənənəvi üçtərəfli formatda görüşü çərçivəsində baş tutub.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan da iştirak ediblər.

Görüş mətbuata qapalı olub.

Səid Babazadə

Digər xəbərlər