Elmar Məmmədyarov Sergey Lavrovla Dağlıq Qarabağı müzakirə edib

Elmar Məmmədyarov Sergey Lavrovla Dağlıq Qarabağı müzakirə edib
# 08 may 2020 23:13 (UTC +04:00)

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun Rusiya Xarici İşlər naziri Serqey Lavrov ilə telefon söhbəti baş tutub.

APA XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı nazir E.Məmmədyarov Rusiyalı həmkarını 9 may Böyük Vətən müharibəsi qələbəsinin 75 illiyi münasibətilə təbrik edib və öz növbəsində S.Lavrov bu əlamətdar gün münasibətilə təbriklərini Azərbaycan Xarici İşlər nazirinə çatdırıb.

Tərəflər mövcud qlobal pandemiya ilə mübarizə çərçivəsində ölkələr tərəfindən həyata keçirilən tədbirlər və əməkdaşlıq məsələlərini, eləcə də ikitərəfli münasibətlər gündəliyinə daxil olan məsələləri müzakirə ediblər.

Nazirlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi üzrə fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR