Elmar Məmmədyarov Yunanıstan səfirini qəbul edib

Elmar Məmmədyarov Yunanıstan səfirini qəbul edib
# 18 dekabr 2019 16:52 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Nikolaos Kanellosu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Yunanıstan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıblar.

Səfir Nikolaos Kanellos diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov səfir Nikolaos Kanellosun ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Tərəflər arasında, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR