Gürcüstan XİN Serbiyadan Ermənistana silah daşınmasına dair xəbərlərə münasibət bildirib

Gürcüstan XİN Serbiyadan Ermənistana silah daşınmasına dair xəbərlərə münasibət bildirib
# 24 iyul 2020 16:27 (UTC +04:00)

“İki əsas strateji tərəfdaş arasındakı münasibətlərə xələl gətirmək üçün edilən hər hansı cəhdin nəticəsi olmayacaq”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xarici İşlər Naziri David Zalkaliani Serbiyadan Gürcüstan ərazisi ilə Ermənistana silah-sursat daşınması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

Nazir bildirib ki, Gürcüstan və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur.

“Biz strateji tərəfdaşlarıq. İki əsas strateji tərəfdaş arasındakı münasibətlərə xələl gətirmək üçün edilən hər hansı bir cəhdin heç bir nəticəsi olmayacaq”, - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR