İsrail səfiri: "Qara Yanvar faciəsi qurbanlarının anılmasında Azərbaycanın yanındayıq"

İsrail səfiri: "Qara Yanvar faciəsi qurbanlarının anılmasında Azərbaycanın yanındayıq"
# 20 yanvar 2021 15:22 (UTC +04:00)

İsrailin Azərbaycandakı səfiri Corc Dik 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib.

APA-nın xəbərinə görə, İsrail səfiri bu barədə "Twitter"də bildirib.

"Bir çox azərbaycanlının - kişilərin, qadınların, uşaqların soyuq havada çölə çıxması, Qara Yanvar qurbanlarının xatirəsini yad etməsi ilhamvericidir. Bu, millətin birlik və hörmət ruhu, qurbanlarına göstərdiyi ehtiramda özünü göstərir", - deyə səfir qeyd edib.

Qeyd edək ki, İsrailin Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət edib.

"Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçənlərin xatirəsini ehtiramla yad etmək üçün İsrail dövləti adından Şəhidlər xiyabanını ziyarət etdim. Bəzən hamı nəyisə qurban verir və bəzən bəziləri hər şeyini qurban verir. Qara Yanvar faciəsi qurbanlarının anılmasında Azərbaycanın yanındayıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR