Latviya səfirliyi viza müraciətlərinin qəbulunu dayandırıb

Latviya səfirliyi viza müraciətlərinin qəbulunu dayandırıb
# 17 mart 2020 13:22 (UTC +04:00)

Latviyanın Azərbaycandakı səfirliyi viza müraciətlərinin qəbulunun dayandırıldığını bildirib.

APA-nın xəbərinə görə, bu barədə səfirlik "Facebook" səhifəsində məlumat yayıb.

"COVID 19-un yayılması ilə əlaqədar, Latviya hökuməti aprelin 14-ə qədər ölkədə fövqəladə vəziyyət elan edib. Latviyaya edilən bütün uçuşlar, qatar və avtobus xidmətləri ləğv edilib. Bu səbəbdən aprelin 14-dən əvvəl tarixlərə Latviyaya giriş üçün Şengen viza müraciətləri Bakıdakı Latviya səfirliyinin viza xidmətini təmsil edən VFS Global-da qəbul edilməyəcək. Səfirlik martın 29-dək bağlı olacaq. Hər hansı bir sualınız olarsa, [email protected] elektron poçt ünvanına göndərin", - deyə səfirliyin məlumatında qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR