Meksikanın Matias Romero İnstitutu və ADA Universiteti arasında memorandum imzalanıb

Meksikanın Matias Romero İnstitutu və ADA Universiteti arasında memorandum imzalanıb
  • Clock-gray 16:58
  • calendar-gray 13 Dekabr 2019

Meksika Xarici İşlər Nazirliyini (XİN) təmsil edən Matias Romero İnstitutu və Azərbaycan XİN-i təmsil edən ADA Universiteti arasında akademik-diplomatik əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Meksikanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, sənədi Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıb.

Bildirilib ki, memorandum ikitərəfli əməkdaşlığa təkan verərək diplomatların formalaşdırılması üçün baza kimi çıxış edəcək və bununla hər iki dövlət arasında mövcud əlaqələri daha da gücləndirəcək.

R. Labardini və F. İsmayılzadə memorandumun, diplomat nəsillərinin formalaşdırılması, həmçinin akademik və mədəni əməkdaşlığın inkişafı vasitəsilə, hər iki ölkə arasında mövcud dostluq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcəyini və hər iki dövlətin xarici siyasətini daha çox tanımağa imkan verəcəyini bildiriblər.

Zümrüd Paşkin

Digər xəbərlər