NASA-nın layihəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı etiraz məktubu göndəriləcək

NASA-nın layihəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı etiraz məktubu göndəriləcək
# 13 may 2020 17:32 (UTC +04:00)

“2016-cı il 23 fevral tarixində sazişində Azərbaycanla İran arasında Araz çayı üzərində su qovşaqlarının tikintisi ilə bağlı razılaşma əldə edilib”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

L. Abdullayeva deyib ki, saziş hər iki ölkənin parlamentində təsdiqlənib.

O, NASA-nın layihəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması məsələsinə də toxunub: “Təəssüflə qeyd etmək istərdik ki, bəzi hallarda bir çox ölkələrin həyata keçirdikləri layihələr çərçivəsində beynəlxalq səviyyədə tanınan sərhədlərimizin təhrif olunması hallarına rast gəlirik. Bu hallarla əlaqədar Azərbaycan tərəfindən dərhal təhrifə yol verən istər şirkət, istərsə də digər səviyyələrdə nümayəndələrlə təmasa keçərək etiraz bildirilir, təhrif olunmuş xəritələr aradan qaldırılır. Bu xüsusda da Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi tərəfindən aidiyyəti üzrə etiraz məktubunun göndərilməsi nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR