Nazir Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktorunu Azərbaycana səfərə dəvət edib

Nazir Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktorunu Azərbaycana səfərə dəvət edib
  • Clock-gray 18:39
  • calendar-gray 10 Fevral 2020

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Vyanaya səfəri çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossi ilə görüşüb.

Xarici İşlər Nazirliyinən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın Texniki Əməkdaşlıq Proqramı çərçivəsində layihələrin reallaşdırılması və əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov Rafael Mariano Qrossini AEBA-nın Baş direktoru vəzifəsinə təyinatı münasibətilə təbrik edərək onu Azərbaycana səfərə dəvət edib.

Rafael Mariano Qrossi Azərbaycan və AEBA arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Nazir Texniki Əməkdaşlıq Proqramı çərçivəsində əməkdaşlıqda maraqlı olduğumuzu ifadə edib. AEBA ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədlə Agentlikdə ölkəmizin nümayəndələrinin təmsil olunmasında maraqlı olduğumuz Baş direktorun diqqətinə çatdırılıb.

Görüşdə həmçinin Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə AEBA ilə QH arasında potensial əməkdaşlıq məsələləri üzrə mövcud perspektivlər müzakirə edilib.

apa-logo-mini

Digər xəbərlər