Nazir ermənilər tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı yeni təxribatların olacağını istisna etməyib

Nazir ermənilər tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı yeni təxribatların olacağını istisna etməyib
# 23 iyul 2020 18:56 (UTC +04:00)

“Son zamanlar diplomatik nümayəndəliklərimizə və Ermənistan tərəfindən törədilmiş təxribata etiraz edən dinc azərbaycanlı nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən vandalizm və aqressiya hərəkətlərinə yol verilir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüş zamanı deyib.

Nazir bu xüsusda qəbul edən ölkələrin Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin binalarının və diplomatların təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşıdığını xatırladıb.

Radikal ermənin daşnaklarının son zamanlar fəallaşdığını bildirən nazir onlar tərəfindən diplomatik nümayəndəliklərimizə qarşı yeni təxribatların olacağını istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR