Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib

Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib
  • Clock-gray 14:32
  • calendar-gray 24 Dekabr 2019

Qazaxıstan Respublikasının birinci Prezidenti-Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Siz Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, xalqın rifahının və ölkənin nüfuzunun artmasına yönəlmiş ciddi daxili və xarici siyasət həyata keçirirsiniz.

Qazaxıstan əsrlər boyu davam edən sarsılmaz dostluğa və mehriban qonşuluğa qətiyyətlə sadiq qalaraq, ortaq tarix, mədəniyyət, dil və din oxşarlığı ilə bağlı olduğumuz Azərbaycanla bütün səviyyələrdə strateji tərəfdaşlığın gələcəkdə daha da dərinləşməsində maraqlıdır.

Əziz İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, tükənməz enerji və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzu edirəm”.

 

apa-logo-mini

Digər xəbərlər