Rüstəm Minnixanov Azərbaycan Prezidentini təbrik edib

Rüstəm Minnixanov Azərbaycan Prezidentini təbrik edib
  • Clock-gray 16:05
  • calendar-gray 24 Dekabr 2020

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Zati-alinizə və yaxınlarınıza möhkəm cansağlığı, sülh və xoşbəxtlik arzulayıram.

İndiki mürəkkəb dövrdə xüsusi olaraq Sizə doğma ölkənizin və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan Respublikasının davamlı səmərəli inkişafının təmin edilməsi üçün bütün niyyətlərinizin həyata keçirilməsində tükənməz enerji və şövq arzulayıram. Qoy, Sizin zəngin təcrübəniz və yüksək nüfuzunuz Azərbaycan dövlətçiliyinin inamlı, firavan gələcəyinin rəhni olsun.

Tatarıstan və Azərbaycan arasında xoşniyyətli əməkdaşlığın tarixi ənənələrinə sadiqliyimizi təsdiqləyərək, ümidvaram ki, Rusiya-Azərbaycan strateji münasibətləri çərçivəsində bizim qarşılıqlı fəaliyyət potensialımız bundan sonra da səmərəli şəkildə reallaşacaq".

apa-logo-mini

Digər xəbərlər