Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib
  • Clock-gray 17:50
  • calendar-gray 24 Dekabr 2019

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən çox məmnunam.

Sizin hərtərəfli düşünülmüş müdrik daxili və xarici siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq arenada rolu və nüfuzu möhkəmlənir, iqtisadiyyatın bütün prioritet sahələrində əsas göstəricilər, o cümlədən əhalinin həyat səviyyəsi artır.

Sizin Özbəkistana və özbək xalqına xüsusi münasibətiniz, həmçinin bizim sıx qardaşlıq əlaqələrimiz sayəsində bu gün ölkələrimiz arasında qarşılıqlı faydalı, çoxtərəfli və uzunmüddətli əməkdaşlıq sabit inkişaf edir.

Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, cari ildə bizim aramızda baş tutmuş bir sıra açıq və səmərəli görüşlər, o cümlədən oktyabr ayında Bakıda çox məhsuldar danışıqlarımız Özbəkistan ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük təkan verib.

Əminəm ki, bizim yüksək səviyyədə əlaqələrimiz nəticəsində strateji tərəfdaşlığımız yaxın gələcəkdə qarşılıqlı etimad və hörmət ruhunda yeni məzmun və məna ilə zənginləşəcək, dövlətlərimizin potensialına və imkanlarına uyğun olaraq daha yüksək səviyyəyə çatacaqdır.

Əziz İlham Heydər oğlu, icazə verin, Sizi həyatınızdakı bu əlamətdar hadisə münasibətilə bir daha təbrik edim, Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi, dost Azərbaycan xalqına sülh və firavanlıq diləyim”.

apa-logo-mini

Digər xəbərlər