Səfir Zaxari Qros Azərbaycanda yaşayan Fransa vətəndaşlarına müraciət edib

Səfir Zaxari Qros Azərbaycanda yaşayan Fransa vətəndaşlarına müraciət edib
# 17 mart 2020 15:19 (UTC +04:00)

Fransanın Azərbaycandakı səfiri Zaxari Qros Azərbaycanda yaşayan Fransa vətəndaşlarına müraciət edib.

APA-nın məlumatına görə, səfir müraciətində bildirib ki, Fransada sağlamlıq vəziyyəti çətindir: “Koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Sizi yerli hakimiyyət orqanlarının verdiyi göstəriş və tövsiyələrə hörmət etməyə çağırırıq. Fransa səfirliyi, rəsmi saytında mövzuya dair rəsmi və təsdiq edilmiş məlumatları dərc edir.

Fransaya qayıtmaq üçün kömək və ya sağlamlığınızda problem olacağı təqdirdə (+994 12) 490 81 00 nömrəli telefonla əlaqə saxlayın. Suallarınızı cavablandırmaq üçün səhər saat 09:00-dan 18:30-a dək telefon xətti fəaliyyətədir”.

Z. Qros qeyd edib ki, səfirlik açıqdır, lakin onun fəaliyyəti sağlıqla bağlı protokola uyğunlaşdırılıb.

“Belə ki, ofisdə daha az olmaq və mümkün qədər telekommunikasiya vasitələrindən istifadəyə diqqət ayrılıb. Sizə cəsarət və dözümlülük diləyir, vəziyyət imkan verdiyi ən qısa zamanda yenidən görüşəcəyimizə ümid edirəm", - deyə səfir müraciətində qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR