Səfirlik: İran 1979-cu il İslam İnqilabından sonra ciddi nailiyyətlər əldə edib

Səfirlik: İran 1979-cu il İslam İnqilabından sonra ciddi nailiyyətlər əldə edib
# 04 fevral 2021 12:07 (UTC +04:00)

Fevralın 10-da İran İslam İnqilabının 42-ci ildönümü tamam olur.

İranın Azərbaycandakı Səfirliyi bununla bağlı məlumat yayıb. Səfirlikdən APA-ya daxil olan məlumatda bildirilib ki, 42 il əvvəl milyonlarla iranlı 15 illik sürgündən qayıdan İmam Xomeynini qarşılamaq üçün Tehranın Mehrabad hava limanına toplaşıb.

Bütün bu tədbirlər, 10 fevralda İranı daxili despotizm və xarici hegemonluqdan qurtaran İslam İnqilabının parlaq təntənəsi ilə sona çatıb.

“Qələbə İranda 2500 illik monarxiyaya son qoyan İmam Xomeyninin rəhbərliyi altında əldə edilib”.

Bildirilib ki, İran hərbi komandir və nüvə alimi olan iki şəxsiyyətin öldürülməsi ilə yadda qalan çətin bir ili geridə qoyur: “ABŞ İslam Respublikasını sıxışdırmaq məqsədi ilə pandemiya fonunda Tehrana qarşı maksimum təzyiqlərini artırıb. İslam Respublikası bütün həyatı boyu ABŞ-ın aramsız düşmənçiliyinin hədəfi olub. Keçmiş Tramp administrasiyasının milli təhlükəsizlik müşaviri Cin Bolton 2017-ci ildə "Ayətullah Xomeyninin 1979-cu il inqilabı 40 yaşına qədər davam etməyəcəyini" söyləyib. Halbuki İslam İnqilabı 42 yaşını görüb.

Bu il son bir neçə ildə bu inqilabı terrorizm və iqtisadi müharibə ilə diz çökdürmək istəyənlər siyasi səhnədən uzaqlaşdırılıb.

Bu gün düşmənlərin bütün problemlərinə və iqtisadi təzyiqlərinə baxmayaraq, məmurların səyləri və İran xalqının müqaviməti həm iqtisadi rifah, həm də cəmiyyətin sağlamlığı ilə nəticələnib. Düşmənin iqtisadi müharibəsi məğlub olaraq sona çatır və bu gün İslami İranın iqtisadi dəyişikliklər vəziyyəti bir ay əvvəlkindən tamamilə fərqlidir.

İran İslam Respublikası son qırx iki ildə nəzərə çarpacaq dərəcədə irəliləyib”.

Qeyd olunub ki, İran koronavirus peyvəndi istehsal edən ilk 10 ölkə arasındadır: “Photron İnstitutuna görə, İran kosmik texnologiyanın inkişafı baxımından 15, nüvə enerjisi sahəsində tam nüvə yanacaq istehsal edən 13 və uranı zənginləşdirmə qabiliyyətinə sahib 14 ölkədən biridir”.

Qeyd edilib ki, Qərbin sanksiyaları və təhdidləri qarşısında bütün səylərə baxmayaraq, İran nüvə yanacaq dövrü olan ölkələr sırasına qatılıb. Sayı 20-dən çox olmayan ölkələrdən biri olaraq İranın yanacaq istehsalı və yanacaq kompleksləri sahəsində uran axtarışı və hasilatı imkanı var: “Vacib olan odur ki, qonşuluqda güclü bir dosta sahib olmaq bütün tərəflərin marağındadır, necə deyərlər uzaq qohumdansa, yaxın qonşu yaxşıdır.

Unutmamalıyıq, İran İslam Respublikası hər zaman Azərbaycan Respublikasına dəstək olub və siyasi və hərbi dəstəyini heç vaxt Bakıdan əsirgəməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR