Türkiyə XİN: Ermənistanla Azərbaycan arasında daimi atəşkəs yalnız BMT qətnamələrinin şərtləri daxilində mümkündür

Türkiyə XİN: Ermənistanla Azərbaycan arasında daimi atəşkəs yalnız BMT qətnamələrinin şərtləri daxilində mümkündür
  • Clock-gray 05:14
  • calendar-gray 27 Oktyabr 2020

Türkiyə Xarici İşlər Nazirliyi bu gün üçüncü dəfə elan edilən atəşkəsin Ermənistan tərəfindən pozulmasına münasibət bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirinin sözçüsü Hami Aksoy deyib ki, Minsk qrupu həmsədrlərinin cəhdlərinin faydalı nəticə verməsi üçün yenə də Ermənistanın atəşkəsi pozmasına diqqət edilməlidir: “BMT Təhlükəsizlik Şurasının qərarlarına və beynəlxalq hüquqa uyğun atəşkəsin qalıcı olmasını hədəfləyən, müsbət nəticə verən prosesi başladılmasını lazımlı bilirik. Elan edilən atəşkəsin ancaq bu halda davamlı olması mümkündür”. 

Ermənistanın Azərbaycana hücumu ilə başlayan münaqişənin 10 və 17 oktyabr 2020-ci il tarixlərində elan olunan atəşkəslərlə dayandırılması prosesinin qısa zamanda pozulmasını xatırladan diplomat son olaraq 26 oktyabr 2020-ci il saat 08.00-dan başlayaraq elan edilən atəşkəsin də dəqiqələr içində pozulmasına diqqət çəkib: “ABŞ-ın müdaxiləsi nəticəsində cənazələrin və əsirlərin dəyişdirilməsi üçün humanitar atəşkəs elan edilsə də, təəssüf ki, bu proses də Ermənistan tərəfindən dəqiqələr içində pozulub. Ermənistanın həm cəbhə xəttində, həm Azərbaycan mövqelərində, həm də münaqişə bölgəsindən uzaqda mülki əhalini hədəf alan hücumları davam edib”.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər