Türkiyəli parlamentari: “Ermənistan məsuliyyətini başa düşsə, bölgədə sülh bərqərar olacaq”

Türkiyəli parlamentari: “Ermənistan məsuliyyətini başa düşsə, bölgədə sülh bərqərar olacaq”
# 10 mart 2021 18:58 (UTC +04:00)

“Ermənistan öz məsuliyyətini başa düşsə, üzərinə düşən vəzifələri yerinə yetirsə, bölgədə sülh və sabitlik daimi bərqərar olacaq. Heç kim haqqından vaz keçib, sizinlə münasibət qurmaz. Bunun üçün də beynəlxalq təşkilatlarda, o cümlədən parlament assambleyalarında Azərbaycanla birgə lazım olarsa, bunları min dəfə anlatmaqda qərarlıyıq”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycana səfərin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıç Türkiyə-Ermənistan münasibətləri ilə bağlı sualı cavablandırarkən bildirib.

O qeyd edib ki, Azərbaycan illərlə torpaqlarının işğaldan azad edilməsi üçün mübarizə aparıb, səsini dünyaya çatdırmağa çalışıb: “Torpaqlarını işğaldan azad etmiş Azərbaycanın bundan sonra da haqq səsinin dünyaya çatdırılmasına çalışacağıq”.

Akif Çağatay Kılıç bildirib ki, artıq Azərbaycan və Türkiyə vətəndaşları qarşılıqlı olaraq şəxsiyyət vəsiqəsi ilə hərəkət edə biləcəklər.

“İqtisadi münasibətlərin də gələcəkdə daha da inkişaf edəcəyinə əminik”, - deyə Akif Çağatay Kılıç qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR