BMT Baş Assambleyasının Prezidenti Azərbaycana səfər edəcək

BMT Baş Assambleyasının Prezidenti Azərbaycana səfər edəcək
# 19 oktyabr 2019 10:28 (UTC +04:00)

BMT Baş Assambleyasının Prezidenti Tijani Məhəmməd-Bande oktyabrın 22-də Bakıda rəsmi səfərdə olacaq.

Bu barədə APA-ya BMT Baş Assambleyasının Prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər Qoşulmama Hərəkatının (NAM) Dövlət və Hökumət Başçılarının Bakı Sammiti çərçivəsində baş tutacaq.

Tijani Məhəmməd-Bande səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və digər ali hökumət rəsmiləri ilə görüşlər keçirəcək.

Tijani Məhəmməd-Bandenin NAM sammiti çərçivəsində iqlim dəyişikliyi, yoxsulluq, dünyada sülh və təhlükəsizlik kimi böhran həddində olan problemlərin həll edilməsində çoxtərəfli və beynəlxalq əməkdaşlığın önəmini vurğulayacağı bildirilib.

Tijani Məhəmməd-Bande 24 oktyabrda BMT Gününü qeyd etmək üçün ADA Universitetində olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR