Gürcüstan Azərbaycana yeni baş konsul təyin edib

 Gürcüstan Azərbaycana yeni baş konsul təyin edib
  • Clock-gray 14:53
  • calendar-gray 10 İyul 2019

Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Gürcüstanın yeni təyin edilmiş baş konsulu Nikoloz İaşvilini qəbul edib.

XİN-dən APA-ya verilən məlumata görə, görüş zamanı N. İaşvilinin baş konsul təyinatı ilə əlaqədar patent sənədi P. Mirzəzadəyə təqdim olunub.

Görüşdə Azərbaycanla Gürcüstan arasındakı strateji münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Fərid Mirzəyev

Digər xəbərlər

Arxiv

date