Nazir müavini: “Türk Şurasının Macarıstanda nümayəndəliyi Aİ ilə əlaqələri gücləndirəcək”

Nazir müavini: “Türk Şurasının Macarıstanda nümayəndəliyi Aİ ilə əlaqələri gücləndirəcək”
# 14 oktyabr 2019 12:58 (UTC +04:00)

“Çox əlamətdar haldır ki, Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü qurumun yaradılması ilə bağlı imzalanan Naxçıvan sazişinin 10-cu ildönümünə təsadüf edir”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib.

R. Həsənov bildirib ki, Türk Şurasının Macarıstanda nümayəndəliyinin açılması əlamətdar haldır: “Bu nümayəndəliyin Türk Şurasının Avropa İttifaqı (Aİ) ilə əlaqələrinin güclənməsinə imkan yaradacağına inanırıq”.

Nazir müavini qeyd edib ki, türk dünyasında həmrəyliyin artırılması türkdilli ölkələr arasında əməkdaşlığı artıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR