İkiqat dünya çempionu Yelena Jemayeva Azərbaycan yığmasından çıxarılması üçün dövlət başçısı İlham Əliyevə müraciət edib

İkiqat dünya çempionu Yelena Jemayeva Azərbaycan yığmasından çıxarılması üçün dövlət başçısı İlham Əliyevə müraciət edib
# 22 dekabr 2006 13:51 (UTC +04:00)
Moskvada Rusiya Qılıncoynatma Federasiyasının (RQF) İcraiyyə Komitəsinin iclası keçirilib. İclasa müzakirə edilən məsələlərdən biri də Azərbaycan yığmasının şərəfini qorumaqdan imtina edən, sablya üzrə ikiqat dünya çempionu Yelena Jemayeva ilə bağlı olub. APA-nın RQF-nın rəsmi internet səhifəsinə istinadən məlumatına görə, toplantıda Y. Jemayevanın Ümumrusiya yarışlarında və Rusiya millisində çıxış etmək imkanları müzakirə edilib və onun daxili turnirlərdə iştirakına mane olmadığı bildirilib. Eyni zamanda, qeyd edilib ki, Y. Jemayevanın Rusiya yığmasında çıxış etmək hüququ yoxdur. Buna səbəb kimi, sablyaçı ilə Azərbaycan Qılıncoynatma Federasiyası (AQF) arasında problem olduğu göstərilib. AQF-nın vitse-prezidenti, milli komandanın baş məşqçisi Yaşar Məmmədov isə APA-ya verdiyi açıqlamasında gəlini Y. Jemayevanın heç vaxt Rusiyanın şərəfini qoruya bilməyəcəyini bildirib: “Problem ondan ibarətdir ki, Jemayevanı yığma komandadan çıxarmamışam. Heç vaxt da çıxarmayacağam. O, Azərbaycan prezidenti İlham Əliyevə də müraciət edib. Məktubunda Azərbaycanın bayrağı altında qazandığı uğurlardan, bu müddətdə Azərbaycanı layiqincə təmsil etməsindən yazıb. Sonda isə dövlət başçısından xahiş edib ki, Milli Olimpiya Komitəsinin prezidenti kimi Azərbaycan yığmasından çıxarılmasına yardım etsin. Amma mən gəlinimə Rusiyanın şərəfəni qorumağa imkan verməyəcəm”. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR