İranda edam cəzasına məhkum edilən gənc sağ qalıb

İranda edam cəzasına məhkum edilən gənc sağ qalıb
# 12 fevral 2007 15:46 (UTC +04:00)
İranda edam cəzasına məhkum edilən gənc sağ qalıb. APA-nın məlumatına görə, hökmün yerinə yetirilməsindən yarım saat sonra sağ qaldığı anlaşılan gənc iddiaçı tərəfin şikayətindən vaz keçməsi nəticəsində həbsdən qurtulub. Belə ki, Hüseyn adlı 23 yaşlı gənc iki il öncə Kirman şəhərində bir nəfəri öldürdüyünə görə edam cəzasına məhkum edilib. İran qanunlarına uyğun olaraq edam qərarından sonra zərərçəkən tərəfdən şikayətindən vaz keçməsi və barışması istənilib. Öldürülən şəxsin ailəsi şikayətində israr etdiyindən, məhkum haqqındakı edam qərarı dünən Kirman həbsxanasında yerinə yetirilib. Hökmün icrasından yarım saat sonra aparılan yoxlamada məhkumun ölmədiyi bəlli olduğundan, o, dərhal xəstəxanaya aparılıb. Bundan sonra zərərçəkən tərəf şikayətindən imtina edib. Hazırda xəstəxanada olan məhkumun vəziyyətinin sabit olduğu bildirilir. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR