Azərbaycanın basketbol millisinin keçmiş baş məşqçisi Rimas Kurtinaytis uğursuzluğa düçar olub

Azərbaycanın basketbol millisinin keçmiş baş məşqçisi Rimas Kurtinaytis uğursuzluğa düçar olub
# 23 fevral 2007 08:22 (UTC +04:00)
Basketbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Rimas Kurtinaytis qələbə üzünə həsrət qalıb. “APA-Sport” agentliyinin məlumatına görə, Vilnüsin “Sakalay” klubu R.Kurtinaytisin rəhbərliyi altında ardıcıl beşinci oyunda məğlubiyyətlə barışmalı olub. Panevejis şəhərində eyniadlı komandanın qonağı olan “Sakalay” rəqibinə 70:93 hesabı ilə uduzub. Qeyd edək ki, vaxtilə “Qala”nın şərəfini qoruyan, hazırda isə “Sakalay” klubunda çıxış edən Daryus Lukminas 16 xal toplamaqla, komandasının ən məhsuldar oyunçusu olub. R.Kurtinaytisin komandası növbəti matçını fevralın 27-də öz meydanda “Neptunas” klubuna qarşı keçirəcək. /APA-Sport/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR