Yaqub Eyyubov: “Azərbaycanda enerji daşıyıcılarının qiymətlərinə yenidən baxılması gözlənilmir”

Yaqub Eyyubov: “Azərbaycanda enerji daşıyıcılarının qiymətlərinə yenidən baxılması gözlənilmir”
# 23 fevral 2007 10:01 (UTC +04:00)
Y.Eyyubovun fikrincə, enerji daşıyıcılarının qiymətləri yanvar ayında artırıldığından bu məsələnin yaxın vaxtlarda yenidən müzakirəyə çıxarılması nəzərdə tutulmur. Aprel ayında qazın qiymətinin artırılması ilə bağlı gəzən şaiyələrə gəlincə, Y.Eyyubov bunu istisna etməyib: “Amma bu günə qədər bu məsələyə baxmamışıq”.
“Hansısa nazirin öz sahəsində qiymətləri və tarifləri artırmaq barədə fikrləri məncə əsassızdır. Çünki qiymətlər yalnız Tarif Şurasının qərarı ilə artırıla bilər”, - deyə Y.Eyyubov vurğulayıb.
Baş nazirin müavini həmçinin qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, respublika üzrə yüksək gərginlikli elektrik xətlərinin və paylayıcı şəbəkələrin modernləşdirilməsi planlaşdırılır. Bununla bağlı müvafiq layihələr hazırlanaraq ölkə prezidentinə təqdim ediləcək. /APA-Economics/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR