Leyla Yunusun xarici donorların ayırdığı maliyyə vəsaitini hansı yolla qəbul etdiyi məlum olub - YENİLƏNİB

Leyla Yunusun xarici donorların ayırdığı maliyyə vəsaitini hansı yolla qəbul etdiyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 02 may 2014 16:49 (UTC +04:00)

APA-nın əldə etdiyi məlumata görə, Sülh və Demokratiya İnstitutunun (SDİ) qeydiyyatdan keçməməsi səbəbindən “Transparency İnternational” təşkilatının Azərbaycandakı milli bölməsi olan “Şəffaflıq Azərbaycan” İctimai Birliyi (İB) SDİ-nin tərəfdaşı kimi çıxış edib və xarici donorların L. Yunus üçün ayırdığı vəsaitin bir hissəsi müxtəlif vaxtlarda “Şəffaflıq Azərbaycan” İB-nin hesabına köçürülüb.

L. Yunus isə sonradan həmin vəsaiti nağdlaşdırıb.

Qeyd edək ki, bu gün Milli Məclisin iclasında da “Şəffaflıq Azərbaycan” İB-nin fəaliyyəti müzakirə olunub. Cari məsələlərin müzakirəsi zamanı çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Şəffaflıq Azərbaycan” İB-nin boykot edilməsi təklifi ilə çıxış edib.

O bildirib ki, bu günlərdə Leyla Yunusun 100 minlərlə manat vəsaiti nağdlaşdırmasında “Şəffaflıq Azərbaycan” İB-nin icraçı direktoru Rəna Səfərəliyevanın özü də iştirak edib: “Hesab edirəm ki, təşkilatın baş ofisi Azərbaycanda fəaliyyətini dayandırmalı və Azərbaycan parlamentinin nümayəndələri də onların tədbirlərində iştirak etməməlidir”.

Rəna Səfərəliyeva isə APA-ya açıqlamasında bu iddia ilə razılaşmayaraq, 100 minlərlə manat vəsaitin nağdlaşdırılması prosesində iştirak etmədiyini bildirib.

Qeyd edək ki, haqqın.az saytı isə araşdırmasında bildirib ki, L. Yunus həm də “Azərbaycan qadınları Qafqazda sülh və demokratiya uğrunda” adlı qeyri hökumət təşkilatı və onun sədri Mətanət Əzizova vasitəsilə son bir neçə il ərzində 155 min manatı, 230 min dolları və 100 min avronu şəxsən aldığını bə bank hesabından çıxardığını yazıb.

Məlumatda o da bildirib ki,vəsait “Şəffalıq Azərbaycan” İB-nin “UniBank”dakı hesabına daxil olub. Vəsait Fransanın “Societe Generale” bankı, Amerika bankları “Citibank” və “Wells Fargo Bank” Avstriya bankı “Raiffeisen Bank” və alman bankı “Commerzbank”dan köçürülüb.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR