Ötən il səfirliklərdən ayrılan qrantlarla bağlı Ədliyyə Nazirliyinə verilən hesabat açıqlanıb

Ötən il səfirliklərdən ayrılan qrantlarla bağlı Ədliyyə Nazirliyinə verilən hesabat açıqlanıb
# 28 oktyabr 2014 11:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ötən il Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsi məqsədi ilə xarici ölkələrin səfirlikləri tərəfindən ayrılan qrantlarla bağlı Ədliyyə Nazirliyinə verilən hesabat açıqlanıb.

 

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, 2013-cü ildə Azərbaycanda 11 layihə xarici ölkələrin səfirlikləri tərəfindən maliyyələşdirilib. Səfirliklər tərəfindən  layihələrin həyata keçirilməsinə ümumilikdə 668,992 dollar vəsait ayrılıb.

 

Belə ki, ötən il Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən «Gənc Liderlər» Təhsil, Təlim və İnkişaf ictimai birliyinə Samux rayonu Qırmızı Samux kənd həkim məntəqəsinin yenidən tikilməsi ilə bağlı 122098 ABŞ dolları vəsait ayrılıb. «Şəki Ekologiya və Təhsil Mərkəzi» Gənclərin ictimai birliyinə Şəki şəhərində yerləşən Şəki Texniki-Peşə məktəbinin təmiri ilə bağlı 122513 ABŞ dolları, «Yerli İdarəetməyə Yardım» ictimai birliyinə Göyçay şəhərində məktəb gigiyenasının təkmilləşdirilməsi məqsədi ilə 123342 ABŞ dolları, «Sivil Cəmiyyət» İnkişafa Dəstək İctimai Birliyinə İsmayıllı rayonunun Mirac kəndində uşaq bağçasının inşa edilməsinə 123050 ABŞ dolları , «Davamlı İnkişafa Doğru» ictimai birliyinə «Saatlı rayonunun Məzrəli və Naharlı kəndlərində su təchizatı sisteminin yenidən qurulması» məqsədi ilə isə 123000 ABŞ dolları vəsait ayrılıb.

 

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən isə «Azərbaycan – Britaniya Məzunları» ictimai birliyinə "Xaricdə təhsilin gənclərin həyatında rolu" adlı layihə ilə bağlı 6088 manat vəsait ayrılıb.

 

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən isə Alman-Azərbaycan «Kapellhaus» Mədəniyyət Birliyinə  "Kapelhaus" Alman-Azərbaycan Mədəniyyət Birliyinin Binasında İstilik Sisteminin qurulmasına 22500 manat məbləğində maliyyə vəsaiti ayrılıb.

 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi tərəfindən isə «Kamil Vətəndaş» maarifləndirmə mərkəzi ictimai birliyinə Gəncə şəhərində təhsil məsləhəti fəaliyyətinin inzibati xərclərinin həyata keçirilməsinə yardım məqsədi ilə 2500 ABŞ dolları, «Qərb-Resurs» Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək ictimai birliyinə “Seçim proseslərində təhlükəsiz gənclik” adlı layihə ilə bağlı 13245 ABŞ dolları, «Hüquq və İnkişaf» ictimai birliyinə "Azərbaycan ilk səsverənlər şəbəkəsi" layihəsi ilə bağlı 13556 ABŞ dolları, «Demokratiyanı Öyrənmə» ictimai birliyi "İlk dəfə səs verənlərin Prezident seçkilərində iştirakının gücləndirilməsi" adlı layihə ilə bağlı 17100 ABŞ dolları ayrılıb.

 

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR