ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahısını genişləndirib

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahısını genişləndirib
# 30 oktyabr 2020 05:52 (UTC +04:00)

ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət idarəsi İrana qarşı sanksiyalar çərçivəsində aralarında bir Çin və bir Hindistan vətəndaşı olan 5 fiziki şəxsin11 hüquqi şəxsin, eləcə də Sinqapurdan olan iki və Çindən olan beş təşkilatın adını qara siyahıya salıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə idarənin yaydığı məlumatda deyilir.

Qurum onların adının İrandan neft-kimya məhsullarının alınmasında hallandığını bildirir. Qeyd edilir ki, İran, Çin və Sinqapurdan olan şirkətlərin məlumatları “Triliance Petrochemical Co. Ltd” tərəfindən təşkil edilən əməliyyatlarda iştirak edib və ya şirkətin neft-kimya məhsullarının satışından əldə edilən gəlirlərin işlənməsi və köçürülməsi işində köməklik göstəriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR