ABŞ Venesuelanın 15 təyyarəsini sanksiyalar siyahısına salıb

ABŞ Venesuelanın 15 təyyarəsini sanksiyalar siyahısına salıb
# 22 yanvar 2020 00:12 (UTC +04:00)

ABŞ hökuməti 15 təyyarəni də siyahıya salmaqla, Venesuelaya qarşı sanksiyalar siyahısını genişləndirib.

APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.

Söhbət kiçikhəcmli təyyarələrdən, o cümlədən "Learjet 45", "Beechcraft 1900D", "Falcon 900" və "Falcon 200" tipli biznes-jetlərdən gedir.

Vaşinqtonun məlumatına görə, onların hamısı ABŞ sanksiyalarının tətbiq olunduğu Venesuelanın "PDVSA" Dövlət Neft Şirkətinə məxsusdur.

"Təyyarələrin bir neçəsi keçmiş prezident Nikolas Maduronun (ABŞ onu artıq Venesuela Prezidenti hesab etmir – Red.) sabiq rejiminin nümayəndələrini daşıyırmış. Bundan əlavə, bu təyyarələrin bəziləri beynəlxalq hava məkanında olarkən ABŞ hərbi təyyarələrinin yaxınlığında təhlükəli və peşəkar olmayan qaydada uçuşlar edib", - deyə nazirliyin məlumatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR