ABŞ-da koronavirus qurbanlarının sayı 170 mini keçib

#
# 05:00
17 avqust 2020

ABŞ-da yeni koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 170 mini keçib.

APA xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hazırladığı hesabında bildirib.

Ölüm hallarının sayına görə öndə Nyu-Yorkda (32 840), ardınca Nyu-Cersi (15 912) və Kaliforniya (11 234) gəlir. ABŞ koronavirusa yoluxanların sayına görə dünyada liderdir: ölkədə 5,4 milyondan çox insan bu xəstəliyə yoluxub, 1,8 milyondan çox xəstə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR