NASA Hindistanın Ayın səthində qəzaya uğramış kosmik aparatının qalıqlarını tapıb

NASA Hindistanın Ayın səthində qəzaya uğramış kosmik aparatının qalıqlarını tapıb
# 03 dekabr 2019 13:48 (UTC +04:00)

ABŞ Kosmik Agentliyinin (NASA) peyki Hindistanın qəzaya uğramış kosmik aparatının qalıqlarını tapıb.

APA-nın “Aljazeera” kanalına istinadən verdiyi məlumata görə, ABŞ Kosmik Agentliyi aparatın qəza arealını və qalıqlarının da olduğu görüntünü yayıb.

ABŞ Kosmik Agentliyindən bildirilib ki, Hindistanın Ayın səthində qəzaya uğramış “Vikram” kosmik aparatını NASA-nın Ay ətrafında hərəkət edən peyki sentyabrda aşkarlayıb.

“Lunar Reconnaissance Orbiter” peyki tərəfindən çəkilmiş fotolarda kosmik aparatın iki kilometr ərazidə iki yüzdən çox nöqtəyə səpələnmiş qalıqları görünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR