Peruda avtobus dərəyə aşıb, 8 nəfər ölüb

Peruda avtobus dərəyə aşıb, 8 nəfər ölüb
# 27 noyabr 2019 17:12 (UTC +04:00)

Peruda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın “Andina” agentliyinə istinadən verdiyi xəbərə görə, yol qəzası ölkənin cənubunda qeydə alınıb.

İlkin məlumata görə, içərisində məktəblilərin olduğu avtobusun sürücüsü idarəetməni itirib, avtobus dərəyə aşıb. Qəza nəticəsində 8 nəfər ölüb.

Qəzaya yüksək sürətin səbəb olduğu bildirilir.

Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR