Tramp Konqresin İrana qarşı hərbi güc tətbiqini qadağan edən qərarına veto qoyub

#
# 03:22
7 may 2020

ABŞ Prezidenti Donald Tramp qanunvericilər tərəfindən icazə verilmədən Konqresin İrana qarşı hərbi gücdən istifadə imkanlarını məhdudlaşdıran qətnaməsinə veto qoyub.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“Bu gün ABŞ Silahlı Qüvvələrinin İrana qarşı hərbi əməliyyatlarda istifadəsinin dayandırılması ilə bağlı mənə mane olan qərara veto qoydum”, - deyə sənəddə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR