ABŞ-da bomba xəbərdarlığına görə 3 universitet boşaldılıb

ABŞ-da bomba xəbərdarlığına görə 3 universitet boşaldılıb
# 08 noyabr 2021 03:29 (UTC +04:00)

Bomba xəbərdarlığına görə 3 ali məktəbdə tələbələr və professor-müəllim heyəti təxliyə olunub.

APA-nın “Bloomberg”ə istinadla xəbərinə görə, Nyu-York ştatında 2, Rod Aylend ştatında isə bir ali məktəbin kampusları boşaldılıb.

Buna səbəb sosial şəbəkədə hər 3 təhsil müəssisəsində bomba yerləşdirilməsi barədə yayılmış xəbər olub. Polis məsələni araşdırır. Heç bir iddia təsdiqini tapmayıb.

Qeyd edək ki, cümə günü Yel Universitetinin də 3 korpusuna bomba qoyulması barədə yalan informasiya yayılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR