ABŞ-da “Qara cümə” günü ticarət mərkəzində atışma olub

ABŞ-da “Qara cümə” günü ticarət mərkəzində atışma olub
# 27 noyabr 2021 07:26 (UTC +04:00)

ABŞ-ın Şimali Karolina ştatında “Qara cümə” günü silahlı insident baş verib.

APA yerli polisə istinadən xəbər verir ki, atışma Durham şəhərindəki ticarət mərkəzlərindən birində qeydə alınıb.

Polis hadisə ilə bağlı əlavə məlumat verməyib.

Yerli “WRAL” portalı isə bir nəfərin güllələndiyini və onun vəziyyəti ilə bağlı heç bir xəbərin olmadığını yazıb.

Hadisə şahidlərinin “Twitter”də yazdığı məlumata görə, atışma ilə bağlı məlumatlardan sonra ticarət mərkəzi boşaldılıb və günün sonuna qədər bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR