ABŞ polisi narkobaronun yerini deyənlərə 5 milyon dollar vəd edib

ABŞ polisi narkobaronun yerini deyənlərə 5 milyon dollar vəd edib
# 06 noyabr 2021 07:09 (UTC +04:00)

ABŞ-ın Dövlət Departamenti meksikalı narkobaron “El Çapo”nun qardaşının yeri barədə məlumat verən şəxsə 5 milyon dollar vəd edib.

APA-nın xəbərinə görə, Oreliano Quzman Loeranın yaxalanması üçün əməliyyatları intensivləşdirib.

Digər 3 qardaşı kimi Oreliano Quzman Loera da beynəlxalq narkotik ticarətində ittiham edilir. O, xüsusilə sintetik narkotik vasitələrin dövriyyəsində fəallıq nümayiş etdirir. ABŞ-da fentanil adlı süni narkotik vasitə hər il minlərlə insanın ölümünə səbəb olur.

2019-cu ildə ömürlük həbs azadlıqdan məhkum edilən El Çapo (Yoakin Quzman) hazırda ABŞ-ın Kolorado ştatında xüsusi rejimli həbsxanada cəza çəkir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR