Kolumbiyada etiraz aksiyaları zamanı 42 nəfər ölüb, 168 nəfərin itkin düşüb

Kolumbiyada etiraz aksiyaları zamanı 42 nəfər ölüb, 168 nəfərin itkin düşüb
# 12 may 2021 08:20 (UTC +04:00)

Kolumbiyada aprelin 28-dən bəri davam edən etiraz aksiyaları zamanı, biri polis olmaqla, 42 nəfər ölüb.

APA “Efe Eme” radiosuna istinadən xəbər verir ki, 28 aprel - 11 may tarixlərində baş verən iğtişaşlarda, həmçinin, 168 nəfər itkin düşüb.

Xatırladaq ki, Kolumbiyada aprelin 28-dən etibarən vergi islahatlarına qarşı nümayişlər davam edir. Etiraz aksiyaları paytaxt Boqota, Kali, Medellin və digər şəhərləri əhatə edib. Ümumilikdə 1000-dən çox insanın xəsarət aldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR