Meksikada avtobusun evə çırpılması nəticəsində ölənlərin sayı 21-ə çatıb - FOTO - YENİLƏNİB

Meksikada avtobusun evə çırpılması nəticəsində ölənlərin sayı 21-ə çatıb - FOTO  - YENİLƏNİB
# 27 noyabr 2021 08:18 (UTC +04:00)

Meksikada sərnişin avtobusunun yaşayış evinə çırpılması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

APA yerli "Televisa" kanalına istinadən xəbər veir ki, yaralılardan iki nəfər xəstəxanada dünyasını dəyişib.

Hazırda 27 nəfər həkim nəzarətindədir.

***

02:16

Meksikada ağır yol qəzası baş verib.

APA “Milenio” nəşrinə istinadən xəbər verir ki, hadisə Mexiko ştatında qeydə alınıb.

Hakisinqo rayonunda sərnişin avtobusunun yaşayış evinə çırpılması nəticəsində 19 nəfər ölüb, 30-a yaxın insan yaralanıb.

Hadisə yerinə 10 təcili yardım briqadası gəlib. Vəziyyəti ağır qiymətləndirilən bir neçə yaralı iki helikopterlə xəstəxanalara aparılıb.

İlkin məlumata görə, qəzaya səbəb avtobusun əyləc sistemindəki nasazlıq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR