BMT-nin baş katibi 8 Mart münasibətilə dünya ölkələrinə müraciət edib

BMT-nin baş katibi 8 Mart münasibətilə dünya ölkələrinə müraciət edib
# 05 mart 2007 16:04 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Ban Ki Mun 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə bildirilir ki, qadınlara daha çox səlahiyyətlərin verilməsi məqsəd deyil, planetdə hər kəs üçün daha yaxşı həyatın qurulması yolunda bir şərtdir: “Lakin qadınların əməyi hələ də daha az qiymətləndirilir, haqqı daha az ödənir və ya heç ödənmir. Məktəbdən kənar qalmış 100 milyondan çox uşağın əksəriyyəti qızlardır. Kitab oxumağı bacarmayan 800 milyondan çox yaşlının əksəriyyəti qadınlardır. Ən pisi odur ki, qadın və qızlara qarşı zorakılıq bütün qitə, ölkə və mədəniyyətlərdə ləğv olunmamış problem olaraq qalır. Bu, qadınların həyatı, onların ailələri və bütün cəmiyyətə dağıdıcı zərbə vurur. Bir çox cəmiyyətlərdə bu cür zorakılıq qadağan edilib, lakin çox vaxt həqiqətdə bu fakt ya gizlədilir, ya da ona barmaqarası baxılır. Elə buna görə də Beynəlxalq Qadınlar Günü bu qədər əhəmiyyət daşıyır. O, bizə dəyər və münasibətlərdə dəyişiklikləri möhkəmlətmək işində məsuliyyətimizi xatırladır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR