ABŞ Konqresi Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləmək barədə qanun qəbul edib

ABŞ Konqresi Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləmək barədə qanun qəbul edib
# 27 mart 2007 12:55 (UTC +04:00)
ABŞ Konqresinin aşağı palatası Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləmək barədə qanun layihəsini qəbul edib. APA-nın ABŞ bürosunun məlumatına görə, qanun layihəsində hər iki ölkənin alyansa qəbuluna hazırlıq məqsədilə “Təhlüsizlik sahəsində əməkdaşlıq” proqramı çərçivəsində maliyyə vəsaiti ayırmaq nəzərdə tutulur. Qanun layihəsi təsdiqlənmək üçün prezident Buşa göndərilib. Sənəddə ABŞ hökumətinin Albaniya, Xorvatiya, Gürcüstan, Makedoniya və Ukraynanın NATO-ya üzv qəbul olunmasını dəstəkləyəcəyi qeyd olunub. Qanun layihəsinin müəllifləri Gürcüstan və Ukraynanın NATO-ya üzv olmaq niyyətini bildirdiklərini, hərbi alyansla sıx əməkdaşlıq etdiyini xüsusi vurğulayıblar. Hər iki ölkənin, o cümlədən Albaniya, Xorvatiya və Makedoniyanın alyansa üzvlük prosedurasını həyata keçirməsi məqsədilə gələn ilin dövlət büdcəsindən ümumilikdə 12 milyon dollar vəsait ayrılacaq. Bu məqsədlə 2012-ci ilə kimi federal büdcədən 30 milyon dollar ayrılması nəzərdə tutulur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR