ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi uydurma “erməni soyqırımı”nı tanımayıb

ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi uydurma “erməni soyqırımı”nı tanımayıb
# 29 mart 2007 08:21 (UTC +04:00)
APA-nın ABŞ bürosunun xəbərinə görə, komitənin sədri, demokrat senator Cozef Bayden tərəfindən hazırlanan qərar layihəsinin ilkin variantı dəyişdirilib. Belə ki, sənədin orijinal mətnində yer alan “Mister Dink erməni soyqırımından bəhs etdiyi üçün Türkiyə Cəza Qanununun 301-ci maddəsi ilə cinayət təqibinə məruz qalmışdı” cümləsi Ankaranın etirazına səbəb olub. Etirazı nəzərə alan Ağ Ev nüfuzlu respublikaçı senator Riçard Luqarın vasitəsilə bu cümləni aşağıdakı şəkildə dəyişdirməyə nail olub: “1915-ci ildə baş verən hadisələri soyqırım adlandırdığı üçün mister Dink haqqında qanun çərçivəsində tədbir görülmüşdü”. Qərarda cinayətin tam açılması, günahkarların məhkəmə önünə çıxarılması, 301-ci maddənin ləğv olunması tələb edilir, həmçinin Ankara İrəvanla diplomatik münasibətlər qurmağa çağırılır. Beynəlxalq Əlaqələr Komitəsinin təsdiqindən keçən sənəd Senatın ümumi toplantısında da müzakirəyə çıxarılacaq. Ancaq Senatda təsdiqlənsə belə, qərarın yerinə yetirilməsi ABŞ rəhbərliyi üçün məcburi xarakter daşımayacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR