BMT-nin baş katibi dünya ictimaiyyətinə müraciət edib

BMT-nin baş katibi dünya ictimaiyyətinə müraciət edib
# 04 aprel 2007 11:32 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Mun Beynəlxalq Mina Təhlükəsi Barədə Maarifləndirmə və Minalardan Təmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib. BMT-nin Bakı ofisindən APA-ya daxil olan müraciətdə bildirilib ki, 80-ə yaxın ölkədə milyonlarla insan yerüstü mina və partlayıcı müharibə qalıqlarının qorxusu altında yaşayır, hər il 15 min nəfər həlak olur. Müraciətdə deyilir ki, piyada əleyhinə minaların (PƏM) qadağan olunması sazişinə 153 ölkə qoşulub, 40 milyona yaxın PƏM ehtiyatı məhv edilib, onların istehsalı, satışı və ötürülməsi dayandırılıb. Əlillərin Hüquqları barədə Konvensiya insan haqları barədə beynəlxalq sənədin martın 30-da imzalanmaq üçün açıq elan olunduğun deyən P. G. Mun qeyd edib ki, bu konvensiyanın məqsədi hər kəsin insan haqlarını təmin etməkdir: “Bu gün bu sazişlərə qoşulmayan dövlətləri tez bir zamanda bunu etməyə, həmçinin imkanı olan tərəflərin təhlükəyə məruz qalmış dövlətlər və ehtiyacı olan zərərçəkmişlərə yardım etmək öhdəliyini yerinə yetirməyə çağırıram”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR