Ermənilərin BMT-dəki “soyqırım” oyunu baş tutmayıb

Ermənilərin BMT-dəki “soyqırım” oyunu baş tutmayıb
# 10 aprel 2007 11:56 (UTC +04:00)
BMT binasında Ruanda soyqırımı ilə bağlı açılması nəzərdə tutulan fotosərgi təxirə salınıb. APA-nın xəbərinə görə, sərgidə uydurma “erməni soyqırımı” ilə bağlı guşə açılacağını öyrənən Türkiyənin BMT-dəki daimi nümayəndəsi Baki İlkin buna etiraz edib. Etirazı nəzərə alan BMT katibliyi sərginin keçirilməsinə icazə verməyib. Təşkilatın sözçüsü Fərhan Hak bildirib ki, sərgi ilə bağlı əvvəlcədən araşdırma aparılmayıb: “Bu araşdırma aparıldıqdan sonra sərgi təxirə salındı”. Ermənistanın BMT-dəki təmsilçisi Armen Martirosyan qərara etiraz edərək Türkiyəni senzura tətbiq etməkdə günahlandırıb. Türk diplomat B. İlkin isə qərardan məmnun olduqlarını bildirərək Ruanda soyqırımı ilə ermənilərin iddiaları arasında əlaqə olmadığını vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR