Polşa və ABŞ raket hücumundan müdafiə sistemi elementlərinin bu ölkənin ərazisində yerləşdirilməsi məsələsində razılığa gəlib

Polşa və ABŞ raket hücumundan müdafiə sistemi elementlərinin bu ölkənin ərazisində yerləşdirilməsi məsələsində razılığa gəlib
# 02 fevral 2008 07:57 (UTC +04:00)
R. Sikorski bildirib ki, ABŞ Polşa hava hücumundan müdafiə sisteminin modernləşdirilməsi barədə rəsmi Varşavanın tələbini dəstəkləyib. O, ABŞ-ın raket hücumundan müdafiə sistemi elementlərinin Polşa ərazisində yerləşdirilməsinin bu ölkəyə törədə biləcəyi təhlükəni Vaşinqtonun nəzərə aldığını da vurğulayıb. R. Sikorski onu da bildirib ki, danışıqlar hələ yekunlaşmayıb, ancaq prinsipial məsələlər üzrə razılıq əldə olunub: “Bundan sonra ekspertlər birgə işləməlidirlər”.
Dövlət katibi isə bəyan edib ki, ABŞ Polşanın müdafiə qabiliyyətini möhkəmləndirmək arzusunu başa düşür və bu istəyi dəstəkləyir.
Qeyd edək ki, ABŞ-da səfərdə olan Polşanın xarici işlər naziri Pentaqonun başçısı Robert Qeystslə də görüş keçirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR